Ermənistan KTMT-nin Minskdə keçirilən iclasına qatılmadı

Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT Müdafiə Nazirləri Şurasının bu gün Minskdə keçirilən iclasında iştirak etməyib.

Azpost.info xəbər verir ki, erməni tərəfi Papikyanın iclasa siyasi deyil, texniki səbəblərdən qatılmadığını deyir.

“Əvvəla, KTMT ilə Ermənistan arasında münasibətlərdən ətraflı danışmışıq, qurumdan çıxmaq prosesi yoxdur. Suren Papikyanın bu tədbirdə iştirak etməməsinin Ermənistanla KTMT münasibətlərinə heç bir aidiyyəti yoxdur. Əminəm ki, burada heç bir siyasi kontekst yoxdur, bunlar bəzi texniki məsələlərdir. Bu, KTMT ilə bağlı deyil”, – Baş nazir Nikol Paşinyanın parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

Azpost.info

Əvvəlki məqalə

Fələstin Prezidenti İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir