Ermənistan Rusiya ilə yeni AES-in tikintisini müzakirə edir

“Ermənistan eyni vaxtda Rusiya və ABŞ, eləcə də digər ölkələrlə yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar aparır”.

Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib.

O qeyd edib ki, İrəvan bu məsələdə ölkə üçün daha əlverişli variantları nəzərdən keçirəcək.

Paşinyan əlavə edib ki, tezliklə ABŞ-a səfər edəcək Ermənistan nümayəndə heyəti modul reaktorların potensialı ilə tanış olacaq: “ABŞ nüvə reaktorları tədricən öz imkanlarını artıraraq 300 meqavata qədər gücə malik modullar qurmağa imkan verəcək. Bizim planımızda Ermənistanın nüvə potensialının inkişafı məsələsi var. İndi biz bir neçə tərəfdaşla yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı Rusiya, ABŞ və üçüncü ölkələrlə fəal danışıqlar aparırıq”.

Azpost.info

Əvvəlki məqalə

2022-ci ildə 121 min doğuş qeydə alınıb

Sonrakı məqalə

Paşinyan Zaxarovaya cavab verməkdən imtina etdi