Ermənistan Türkiyəyə humanitar yardım göndərib

“Ermənistan Türkiyəyə humanitar yardım göndərib. Yardım bağlı quru sərhədindən keçərək təyinat yerinə çatdırılıb”.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

“Humanitar yardım daşıyan yük maşınları sərhəddəki Marqara körpüsündən keçərək zəlzələdən zərər çəkmiş bölgəyə yollanıb”, – Hunanyan deyib.

Onun sözlərinə görə, dağıdıcı zəlzələdən zərərçəkənlərə yardım göstərmək üçün Ermənistandan Türkiyəyə axtarış-xilasetmə qrupu (27 nəfər) da yola düşüb.

Azpost.info

Əvvəlki məqalə

Dəniz Baykal 84 yaşında vəfat edib

Sonrakı məqalə

Ceyhun Bayramov Kahramanmaraşa yola düşüb