Ermənistanda etiraz aksiyalarında 400 nəfər saxlanılıb

Ermənistan müxalifətinin İrəvan küçələrində keçirdiyi aksiyalar zamanı saxlanılanların sayı 414 nəfərə çatıb.

“Sputnik Armenia”nın verdiyi məlumata görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri eyni anda şəhərin 50-yə qədər küçə və prospektini bağlamağa cəhd göstərib.

Əvvəlki məqalə

“Bəlkə Ərdoğanın NATO ilə siyasi alverinin içində biz də varıq?!” –

Sonrakı məqalə

“Azovstal”da 265 hərbçi silahı yerə qoyub –