Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb

Ermənistanda hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə “Razminfo” Ermənistan silahlı qüvvələrinin baş qərargahının informasiya şöbəsinin rəisi Samvel Asatryana  istinadən məlumat yayıb.

Belə ki, bu gün İrəvanda yerləşən “Muratsan” Mərkəzi Kliniki Hospitalından hərbçiləri Sisiana aparan avtomobilin sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Qəza nəticəsində hərbçilər xəsarət almayıb, yalnız bir nəfər müayinə üçün hərbi hospitala aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan xaricdən kartof idxal etməyi dayandıra bilər 

Sonrakı məqalə

“Buraxılış imtahanlarının nəticələri ciddi təhlil edilməlidir”