Ermənistanda müxalifətin böyük mitinqi başlayıb

Mayın 1-də İrəvanın Fransa meydanında Müqavimət Hərəkatının böyük mitinqi başlayıb.

News.am  bildirir ki, mitinq Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilir.

Mitinqə Ermənistanın ikinci prezidenti Robert Köçəryan, parlamentdəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, Daşnaksutyun Partiyasının üzvləri, 5165 hərəkatının üzvləri və digər qüvvələr qatılıb.

Xatırladaq ki, aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirir.

Əvvəlki məqalə

Ukraynada Rusiya ordusunun Baş Qərargah rəisi yaralandı –

Sonrakı məqalə

Bu gün ölkədə koronavirusa nə qədər adam yoluxub? –