Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan saxlanılıb.

Bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti məlumat yayıb.

Qəzetin öz mənbəsinə istinadən verdiyi xəbərə görə, yaxın vaxtlarda onun həbs olunması üçün vəsatət veriləcək.

D. Tonoyanın evində axtarış aparıldığı bildirilir.

Hərbi Aviasiya Qüvvələrinin keçmiş rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın evində də axtarış aparıldığı barədə məlumatlar var.

Stepan Qaltsyanın Milli Təhlükəsizlik Xidmətinə aparıldığı qeyd olunub.

Qəzet növbədə digər keçmiş müdafiə naziri Seyran Ohanyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov olduğunu yazır.

Qeyd edək ki, D. Tonoyan 44 günlük müharibə zamanı Ermənistanın müdafiə naziri olub. O, 2020-ci il noyabrın 20-də istefa verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Soçidə Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib

Sonrakı məqalə

Naxçıvanda nə qədər əhali yaşayır? –