Ermənistanın sabiq XİN rəhbəri Paşinyanı tənqid etdi, oğluna cinayət işi açdılar

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın oğluna qarşı dələduzluq maddəsi ilə iş başlanıb.

Bu barədə yerli “Joğovurd” nəşri öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, Ara Oskanyan həbsdə olan əmlakı satmaqda ittiham olunur.

Xatırladaq ki, sabiq nazirin oğlu 2017-ci ildə də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən, borclu şəxsi qaçırmaqda şübhəli bilinərək saxlanılıb, lakin sonradan iş bağlanıb.

Qeyd edək ki, Oskanyan dünən sosial şəbəkə üzərində canlı yayım zamanı Paşinyan hökumətini sərt tənqid edərək 44 günlük müharibənin başlanmasının səbəbkarı adlanıdır. Sabiq nazir deyib ki, müharibə xarici siyasətdə böyük uğursuzluğun nəticəsi olub.

Əvvəlki məqalə

Rusiya qoşun bölmələrinin Ermənistanda təlimləri keçirilib

Sonrakı məqalə

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb