Estoniya Rusiya avtomobillərinin ölkəyə girişinə qadağa qoydu- Bu tarixdən

Estoniya Avropa Komissiyasının tövsiyələrinə uyğun olaraq sentyabrın 13-ü saat 10:00-dan Rusiya qeydiyyatında olan avtomobillərin ölkəyə girişini qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Lauri Lyaenemets bildirib.

“Avropa Komissiyası bu yaxınlarda mövcud sanksiyaları daha da aydınlaşdırdığından Estoniya Rusiya təcavüzünə qarşı bütün imkanlardan istifadə etməyi zəruri hesab edir. Latviya və Litvanın hakimiyyət orqanları ilə məsləhətləşmələr nəticəsində biz sanksiyalar birgə tətbiq edildikdə məhdudiyyətlərin daha təsirli olduğu qənaətinə gəldik.”, – nazir deyib.

Qadağa təkcə kommersiya məqsədləri üçün deyil, həm də şəxsi məqsədlər üçün istifadə olunan avtomobillərə şamil edilir. Məhdudiyyət Aİ vətəndaşlarına və onların yaxın qohumlarına məxsus avtomobillərə tətbiq edilməyəcək.

Azpost.info

Əvvəlki məqalə

“Qərblə Kiyev arasında döyüş taktikası ilə bağlı fikir ayrılığı var”

Sonrakı məqalə

Ərdoğan və Putinin yeni telefon danışığı gözlənilir