Estoniya Rusiya bayrağı qaldırılan toplantıları qadağan edib

Estoniya Rusiya və sovet bayraqları, hərbi geyimləri və Müqəddəs Georgi lentlərinin istifadə olunduğu ictimai toplantıları qadağan edib.

Azpost.info xəbər verir ki, bu barədə Estoniya polisi məlumat yayıb. Polis departamentindən bildirilib ki, məhdudiyyət 9 may və 2007-ci il aprel iğtişaşlarının ildönümünün qeyd edilməsi ilə əlaqədar tətbiq edilib: “Qadağa müvəqqəti xarakter daşıyır və təxribatların qarşısını almaq məqsədilə aprelin 26-dan mayın 10-dək Tallin, Haryuma və İda-Viruma əyalətləri üçün keçərli olacaq. Zərurət yaranarsa, qadağa bütün Estoniyanı əhatə edə və ya uzadıla bilər”. Azpost.info

Əvvəlki məqalə

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib

Sonrakı məqalə

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edib –