Estoniya rusiyalı müğənni Filip Kirkorova ölkəyə girişi qadağan edib

Estoniya məşhur rusiyalı müğənni Filip Kirkorovun ölkəyə girişinə 5 illik qadağa qoyub.

Azpost.info xəbər verir ki, bu barədə Estoniyanın ERR telekanalı məlumat yayıb. Qadağa 2027-ci ilin aprelinə qədər qüvvədə olacaq. Kirkorovla yanaşı, rusiyalı müğənni Polina Qaqarinanın da ölkəyə girişi qadağan edilib.

Kirkorov mayın 27-də Tallində konsert verməli idi. Lakin konsertin keçirilməsinə qarşı 6600-dən çox imza toplandı. Etiraz fonunda Tallinin vitse-meri də Estoniya Xarici İşlər Nazirliyini Ukraynaya təcavüzə haqq qazandıran rusiyalı sənətçilərə sanksiya tətbiq etməyə çağırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası tələb edib

Sonrakı məqalə

Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsini qəbul edib