Estoniya Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı

Estoniya parlamenti Rusiyanın Ukraynadakı hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyıb.

Azpost.info xəbər verir ki, parlamentin bugünkü iclasında 86 deputat qərarın lehinə səs verib, 15 deputat səsvermədə iştirak etməyib. “Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya silahlı qüvvələrinin Ukrayna xalqına qarşı sistemli və kütləvi şəkildə törətdiyi hərbi cinayətlərin üstü açılıb. Bu cinayətlər ideoloji cəhətdən Rusiyanın siyasi və hərbi rəhbərliyi, eləcə də dövlət təbliğat orqanları tərəfindən idarə olunur. Rusiya müvəqqəti işğal olunmuş ərazilərdə, xüsusən Buça, Borodyanka, Qostomel, İrpen və Mariupol şəhərlərində, eləcə də Ukraynanın bir çox digər yaşayış məntəqələrində mülki əhaliyə qarşı kütləvi vəhşiliklər, qətllər, oğurluqlar, deportasiyalar və həbslərə yol verib”, – parlamentin yaydığı məlumatda deyilir.

Estoniya parlamenti digər ölkələrin parlamentlərini və beynəlxalq təşkilatları Ukrayna xalqına qarşı soyqırımı tanımağa çağırıb: “Dünya ölkələrini həm də Rusiyaya qarşı sanksiyaları gücləndirməyə, o cümlədən enerji ticarətini dayandırmağa, Ukraynaya hərbi və mühüm humanitar yardımı dərhal artırmağa çağırırıq”.

Azpost.info

Əvvəlki məqalə

Ötən gün ölkədə 33 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Kipr 4 rusiyalı milyarderi vətəndaşlıqdan məhrum edir –