Etiraz aksiyasına görə ABŞ konqresmenləri hərbi bazaya evakuasiya edilib

07 Yanvar 2021 - 03:00

Vaşinqtondakı etirazlara görə, konqres üzvlərini Fort Makneyr hərbi bazasına evakuasiya ediblər.

Azpost.info bildirir ki, bu barədə CNN hüquq mühafizə orqanlarındakı mənbəsinə əsasən məlumat yayıb. Hərbi baza Kapitoliyə yaxın məsafədə yerləşir. Konqresmenlər ümid edirlər ki, prezident seçkilərinin nəticlərini yekunlaşdırmaq üçün günün sonuna qədər qayıda biləcəklər.

“Biz bu gün axşama qədər Kapitolidə işin bərpa olunması üçün çalışırıq”-deyə Fox TV Luizina ştatından olan konqresmen Stiv Skaliza bildirib.