ETSN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edib

“Noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O, əhaliyə diqqətli olmağı məsləhət görüb: “Həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət olunur”.

Xidmət rəisi qeyd edib ki, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir. “Yağıntının dekabrın 1-dən əsasən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya XİN müavini İtaliya səfiri ilə Soçi görüşünü müzakirə edib

Sonrakı məqalə

Türkiyənin müdafiə naziri Zakir Həsənovla Elçin Quliyevə başsağlığı verib