Londonun elit bölgəsində fəallar sanksiyaya məruz qalmış rusiyalı oliqarx Oleq Deripaskanın malikanəsinə daxil olaraq ora Ukrayna bayrağı, həmçinin Putinin ünvanına təhqiredici ifadələr və “Bu mülk boşaldıldı” yazılan plakatlar asıblar.
Azpost.info xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. Qəzet yazır ki, 25 milyon funt-sterlinqlik malikanə Londonun ən bahalı terraslı evi və Britaniya paytaxtının ən eksklüziv yerlərindən biri hesab olunur. “Martın 14-ü SW1, Belqreyv meydanındakı yaşayış binasına polis çağırılıb. Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin içəri girərək yuxarıdakı pəncərələrdən plakatlar asdığını aşkar ediblər”, – London polisindən bildiriblər.
“Daily Mail” qeyd edir ki, Deripaska Britaniya isteblişmenti ilə dərin əlaqələrə malikdir və onu Korfudakı yaxtasında Britaniya siyasətçiləri Peter Mendelson və Corc Osborn qonaq olub. Ötən həftə elan edilən sanksiyalar nəticəsində onun aktivləri dondurulub və Britaniyada fərdi şəxslər və müəssisələrlə hər hansı əməliyyatlarına qadağa qoyulub.
Oleq Deripaskanın 3,2 milyard funt-sterlinqlik sərvətə sahib olduğu bildirilir. Ötən il britaniyalı deputat onu Putinin ən sadiq oliqarxlarından biri adlandırmışdı.
Azpost.info