“Fəlakət zonasına 25 mindən çox hərbçi cəlb olunub”- AKAR

Türkiyə müdafiə naziri Hulusi Akar ölkənin on vilayətində axtarış-xilasetmə əməliyyatlarına 25 067 hərbi qulluqçunun cəlb edildiyini, dağıdıcı zəlzələlər zonasına “hava humanitar dəhlizi” üzrə 63 təyyarədən istifadə etməklə 707 uçuş həyata keçirildiyini bildirib.

Azpost.info xəbər verir ki, bundan başqa, yüklərin daşınması üçün “İncirlik”ə 57 helikopter yerləşdirilib və onlar artıq 710 uçuş həyata keçirib.

Nazirin sözlərinə görə, pilotsuz təyyarələr də fəlakət zonasında işlərin əlaqələndirilməsinə yardım edir. Son günlər 41 pilotsuz təyyarənin uçuş müddəti 394 saatı ötüb.

Akar qeyd edib ki, Müdafiə Nazirliyinin böhran mərkəzi birinci zəlzələdən yarım saat sonra artıq yaradılıb. Onun sözlərinə görə, güclü təkanlar nəticəsində Müdafiə Nazirliyinin obyektlərinə də ziyan dəyib, hərbi qulluqçular arasında həlak olanlar var.

Azpost.info

Əvvəlki məqalə

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 937 nəfərə çatıb

Sonrakı məqalə

“Azərbaycana nə qədər təşəkkür etsək azdır”