Faiq Əmirli inzibati qaydada həbs edilib

09 Aprel 2020 - 14:57

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli inzibati qaydada həbs edilib.

APA-nın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Faiq Əmirli barəsində 30 sutka inzibati həbs qərarı verilib.

O, İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ittiham edilib.