“Fikir plüralizmi dəstəklənəcək, nifaq yarada biləcək təxribatların qarşısı alınacaq”- TOKAYEV

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev andiçmə mərasimində çıxışı zamanı fikir plüralizmini alqışladığını bildirib.

Azpost.info xəbər verir ki, Qazaxıstanın dövlət başçısı cəmiyyətdə nifaq yarada biləcək təxribatlara qarşı mübarizə aparacağına söz verib.

Tokayev millətin birliyinin pozulmasına imkan verməyəcəyinə, Qazaxıstan xalqı üçün zərərli olan hərəkətlərə son qoyulacağını bildirib.

“Biz “müxtəlif fikirlər, lakin bir millət” prinsipinə qətiyyətlə əməl edəcəyik”, – Tokayev deyib.

Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Tokayev 81,31 faiz səslə qalib gəlib. Seçici fəallığı 69,44 faiz təşkil edib.

Azpost.info

Əvvəlki məqalə

Dərdlərə dərman olan fındıq –

Sonrakı məqalə

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb