Filippindəki prezident seçkisində sabiq diktatorun oğlu qalib gəlir

Mayın 9-da Filippində keçirilən prezident seçkilərində keçmiş diktator Ferdinand Markosun oğlu və adaşı səslərin 68,27 faizini toplayaraq liderdir.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının həmin gün yaydığı aralıq məlumatlarda bildirilir. Qeyd edilir ki, yerli vaxtla saat 21:47-yə olan məlumata görə F.Markos 22,4 milyondan çox səs toplayıb. Onun əsas rəqibi olan vitse-prezident xanım Leni Robredo isə 10,6 milyon səs toplaya bilib. Üçüncü yerdə səslərin 2 milyonun toplayan senator və keçmiş peşəkar boksçu Menni Pakyo gəlir.

Bununla yanaşı, Filippinin hazırkı dövlət başçısı Rodriqo Dutertenin qızı, Davao şəhərinin meri və vitse-prezident vəzifəsinə namizəd Sara Dutertenin 22,1 milyon səs topladığı qeyd edilir. Onun ardınca 6,7 milyon səs toplayan senatorlar Kiko Panqilian və 6 milyon səs qazanan III Visente Sotto gəlir.

Əlaqə olaraq qeyd edək ki, mayın 9-da 13 saat ərzində filippinlilər təkcə prezidenti deyil, həm də vitse-prezidenti, senatorları, konqresmenləri və minlərlə başqa menecerləri seçiblər. Hazırkı prezident, konstitusiyaya görə yenidən seçilə bilməyən 77 yaşlı R.Duterte iyunun 30-da vəzifəsini tərk edəcək.

Əvvəlki məqalə

ABŞ səfirliyi jurnalist Aytən Məmmədovaya hucumla bağlı bəyanat verib

Sonrakı məqalə

Heydər Əliyev Gəncədə İmamzadənin dağıdılmasının qarşısını necə alıb? –