“Finlandiya aprelin 4-də rəsmi olaraq NATO-ya qəbul olunacaq”.
Azpost.info xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.
Baş katibin sözlərinə görə, bu, tarixi məqamdır və o, blokun yeni üzvünü salamlamaqdan çox xoşbəxtdir: “Bu, tarixi həftədir. Sabah biz Finlandiyanı Şimali Atlantika Alyansının üzvləri arasında qarşılayacağıq”.
Xəbəri Finlandiya Prezident Aparatı da təsdiqləyib. Bildirilib ki, prezident Sauli Niinistö Brüsselə gedəcək və NATO-nun mənzil-qərargahında təşkil olunacaq rəsmi üzvlük mərasimində iştirak edəcək.
Azpost.info