“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”- Sanna Marin

“Finlandiya NATO-ya İsveçlə eyni vaxtda üzv olmaq istəyir”.

Azpost.info xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin deyib.

“Bu, təkcə bizim yaxşı tərəfdaş olduğumuza görə deyil, həm də NATO-nun təhlükəsizlik planlaması ilə bağlıdır. Ölkələrimizin eyni vaxtda qoşulması həm bizim, həm də NATO-nun maraqlarına uyğundur”, – Marin bildirib.

Baş nazirin sözlərinə görə, Finlandiya İsveçin NATO-ya daxil olması ilə razılaşmayan Türkiyə və Macarıstana aydın siqnal göndərib.

Azpost.info

Əvvəlki məqalə

Baş nazirin sədrliyi ilə İqtisadi Şuranın növbədənkənar iclası keçirilib

Sonrakı məqalə

Azərbaycan-Türkiyə-İraq Kürdüstan Regionu üçtərəfli əməkdaşlıq mexanizmi yaradıla bilər