Finlandiya Rusiya avtomobillərinə ölkəyə girişi qadağan edib

Finlandiya Rusiya nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.

Azpost.info bildirir ki, bu barədə  ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Finlandiya hökuməti sentyabrın 16-da gecə yarısından etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyulduğunu elan edib”-deyə açıqlamada vurğulanır.

Rusiya ilə quru sərhədi olan ölkələr sırasında Finlandiya belə qərar verən dördüncü dövlət olub. Bundan əvvəl belə qadağanı Estoniya, Latviya və Litva həyata keçirib.

Yalnız bu cür qadağaya Polşa əl atmayıb.

Rusiyada qeydiyyatda olan avtomobillə ölkəyə yalnız Rusiyada daimi yaşayan Avropa İttifaqı vətəndaşları və ya onların ailə üzvləri, eləcə də diplomatlar daxil ola biləcək. Bundan əlavə, məhdudiyyət humanitar səbəblərə görə girişin zəruri olduğu hallara şamil edilmir.

Xarici işlər naziri Elina Valtonen qeyd edib ki, avtomobillərin müsadirə edilməsindən söhbət gedə bilməz. Bu, yalnız cinayət işi açıldığı halda mümkündür.

Rusiya dövlət nömrə nişanlı avtomobilləri ölkədən çıxarmaq üçün altı ay vaxt qoyulub. Son tarix 2024-cü il martın 16-dır.

Azpost.info

Əvvəlki məqalə

Hesablama Palatası film çəkilişinə ayrılan dövlət vəsaitinin auditini aparır

Sonrakı məqalə

“Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub