Finlandiya Rusiya ilə sərhəddə 3 kilometrlik hasarın inşasına başladı

Finlandiya Rusiya ilə sərhəddə üç kilometrlik hasarın sınaq hissəsinin tikintisinə başlayıb.

Azpost.info xəbər verir ki, İmatra sərhəd-keçid məntəqəsində şlaqbaum texniki nəzarət sistemləri ilə təchiz olunacaq.

İstismarı zamanı hasarın qış temperaturu və qar kütlələrinin təsirinə, eləcə də Rusiyadan gələn insanların mümkün axınına tab gətirib-gətirmədiyi yoxlanılacaq.

Finlandiya hakimiyyət orqanlarının 6 milyon avro ayırdığı tikintinin birinci mərhələsinin 2023-cü ilin iyun ayının sonunadək başa çatdırılması planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

Müharibədən sonra mina partlayışından ölən və xəsarət alanların sayı açıqlanıb

Sonrakı məqalə

Bəxtiyar Hacıyev aclığı dayandırdı –