Finlandiya Rusiya ilə sərhəddə hasarın tikintisinə 380 milyon avro ayıracaq

Finlandiya hökuməti ölkənin cənub-şərqində – Rusiya ilə sərhəddən 7,5 metr aralıda hasarın tikintisinə 380 milyon avro ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi Xidməti məlumat yayıb.

Hasarın ümumi uzunluğu 200 km, hündürlüyü 3 metr olacaq. Hasarın inşasına mart ayında başlanılacaq. Kameralar və gecəgörmə cihazları ilə təchiz olunacaq hasarın inşasının 2026-cı ildə başa çatması planlaşdırılır.

Azpost.info

Əvvəlki məqalə

Birinci Qarabağ müharibəsinin itkinləri –

Sonrakı məqalə

“Quş ətinin idxalının qarşısı alınsa, yaxşı olar” –