Finlandiya Rusiyaya məxsus 1,4 milyonluq əmlaka həbs qoydu- XİN etiraz bəyanatı yaydı

“Finlandiya Helsinkidə həbs edilmiş mənzillərlə bağlı məsələni yaxın vaxtlarda həll etməsə, Rusiya cavab tədbirləri görəcək”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, Finlandiya hökuməti Rusiya Elmi Mərkəzinin binasını, onun yerləşdiyi torpaq sahəsini və paytaxtda Rusiya Elm və Mədəniyyət Mərkəzi tərəfindən icarəyə götürülmüş yeddi mənzilə həbs qoyub. Onların ümumi dəyəri 1,4 milyon avrodur.

Finlandiya öz hərəkətlərini bu daşınmaz əmlak obyektlərinin Aİ-nin sanksiya qərarlarına uyğun olaraq həbs edilməli olan aktivlər olub-olmadığını öyrənmək niyyəti ilə əsaslandırıb.

Rusiya XİN-dən bildirilib ki, mənzillərin həbsindən sonra Helsinkidəki səfirlik Finlandiya hakimiyyətinə nota göndərib. Bundan sonra torpaqdan və binadan istifadəyə qoyulan qadağa götürülsə də, mənzillər hələ də həbsdədir.

Finlandiya tərəfi Rusiyaya heç bir izahat verməyib. Moskvanın fikrincə, bu hərəkətləri Finlandiya hakimiyyətinin növbəti anti-Rusiya hücumu kimi qiymətləndirmək olar.

“Mövcud vəziyyəti həll etməkdən imtina etdiyi təqdirdə Rusiya tərəfi cavab tədbirləri görməyə məcbur olacaq”, – Rusiya XİN xəbərdarlıq edib.

Azpost.info

Əvvəlki məqalə

Arı sancması zamanı nə etməli?

Sonrakı məqalə

Gəncədə xəstəxanadakı yanğında 1 nəfər ölüb –