Finlandiya Ukrayna taxılının Somaliyə daşınması üçün 7 milyon avro ayıracaq

Finlandiya hökuməti Ukrayna taxılının Afrika Buynuzu ölkələrinə, xüsusən də 20 milyondan çox insanın ərzaq yardımına ehtiyacı olduğu Somaliyə daşınması üçün BMT-nin Ümumdünya Ərzaq Proqramına təxminən 7 milyon avro ayıracaq.

Azpost.info xəbər verir ki, bu barədə Yle portalı məlumat yayıb.

Finlandiya bütövlükdə Ukraynadan taxıl idxalından xüsusilə asılı olan və Ukrayna ərazisində hərbi əməliyyatların mənfi nəticələrindən xüsusilə təsirlənən Afrika ölkələrinə 15,7 milyon avro ayırmağa hazırdır. Bu məbləğin təqribən 7 milyon avrosu BMT vasitəsilə taxıl daşınmasını dəstəkləməyə, qalanı isə Afrika Buynuzu üçün humanitar yardımın artırılmasına sərf olunacaq.

Azpost.info

Əvvəlki məqalə

Uqandada Ebola virusundan ölənlərin sayı 53-ə çatıb

Sonrakı məqalə

Tovuzda avtomobil qəzası olub, iki nəfər xəsarət alıb