“Finlandiya Ukraynaya 70 milyon ayırır, hərbi texnika göndərir” –Baş nazir

Finlandiya hökuməti Ukraynaya 70 milyon avro məbləğində maliyyə yardımı ayıracaq və Kiyevi əlavə hərbi texnika ilə təmin edəcək.

Azpost.info xəbər verir ki, bunu Finlandiyanın baş naziri Sanna Marin Varşavada Ukrayna üzrə yüksək səviyyəli beynəlxalq donor konfransında deyib. “Biz cari ehtiyacları ödəmək və yenidənqurma işlərinə kömək etmək üçün yardım paketi hazırlayırıq.

Parlamentin təsdiqinə ehtiyacı olan bu paket təxminən 70 milyon avro təşkil edəcək. Biz bu gün Ukraynaya əlavə hərbi texnika göndərmək qərarına da gəldik”, – Marin bildirib. O qeyd edib ki, ölkə Finlandiyadakı ukraynalı qaçqınlara kömək üçün 700 milyon avro xərcləyəcək.

Azpost.info

Əvvəlki məqalə

Rusiyaya qarşı sanksiyaların ləğvi nədən keçir? –

Sonrakı məqalə

Avropa Parlamenti Moldovanın Aİ-yə üzvlük ərizəsini təsdiqləyib