Finlandiyada ABŞ-ın hərbi bazası olacaq

Birləşmiş Ştatlar Müdafiə Əməkdaşlıq Sazişi (DCA) çərçivəsində Finlandiyada öz qoşunlarını yerləşdirəcək.

Azpost.info xəbər verir ki, bunu bunu ölkə prezidenti Sauli Niistö deyib.

“DCA Finlandiyada ABŞ hərbi mövcudluğunun olacağı anlamına gəlir. ABŞ qoşunlarının yerləşdirilməsi üçün yer ayrılacaq”, – prezident qeyd edib.

ABŞ İsveç və Danimarka ilə də oxşar sazişlər hazırlayır. Artıq Norveçlə müqavilə imzalanıb.

Finlandiya hökumət mənbələri bildirirlər ki, ölkə artıq Finlandiya silahlı qüvvələrini Norfolkdakı Strateji Birgə Qüvvələr Komandanlığı altında NATO-nun yeni komandanlıq strukturuna daxil etmək üçün diplomatik səylər göstərir.

Azpost.info

Əvvəlki məqalə

Ukrayna Rusiya ordusunun müdafiə xəttini yararaq irəliləyir –

Sonrakı məqalə

Bakıda dövlətə xəyanətdə ittiham olunan gənc qızın məhkəməsi başlanıb