Finlandiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Finlandiyada həkimlər meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktını qeydə alıblar.

Azpost.info xəbər verir ki, bu barədə Helsinki Tibb Dairəsinin diaqnostika şöbəsinin müdiri Lasse Lextonen məlumat verib. “Cümə axşamı axşam saatlarında təsdiqləndi. Bu, Finlandiyada yeganə haldır. İnfeksiyanın mənbəyi məlumdur – yoluxmuş şəxsin yaxın təmasları. Hazırda xəstənin səhhəti nisbətən yaxşıdır. O, ev şəraitində müalicə olunur”, – şöbə müdiri bildirib.

Onun sözlərinə görə, Finlandiyada xəstəliyin yayılma ehtimalı aşağıdır. Lextonen onu da bildirib ki, əvvəllər çiçək xəstəliyinə qarşı peyvənd almış insanlar meymunçiçəyi virusuna qarşı hələ də müəyyən müdafiəyə malik ola bilərlər. Son bir neçə həftə ərzində Avropa və Şimali Amerikada meymunçiçəyinə onlarla yoluxma halı qeydə alınıb.

Azpost.info

Əvvəlki məqalə

“Əlində sənədi olmadan veteran statusu daşıyan 15 min adam var” –

Sonrakı məqalə

“Heç kim gəlib bizə dərs oxumasın, məsləhət verməsin…” –