Fotoxronika: “Güllələnmişlərin qurultayı” –

Stalin 1900 nümayəndəni niyə repressiyaya məruz qoydu? (FOTO)
22 Oktyabr 2019 - 21:05

Azpost.info “Fotoxronika” rubrikasında bu fotonu təqdim edir.

SSRİ-nin 30-cu illəri bir tərəfdən aqrar Rusiyanın sənayeləşdirilməsi üçün aparılan nəhəng işlərlə xatırlanırsa digər tərəfdən “yad fikirlərə” qarşı amansız Stalin terroru ilə yadda qalıb.

Dünənki qəhrəmanlar  ağlagəlməz sürətlə ən qəvi düşmənə çevrilirdi. Repressiya qurbanlarının NKVD təcridxanalarındakı ürək dağlayan fəğanları  kommunizmə çağıran şüarlara çalınan çəpiklərin gurultusu altında eşidilməz olmuşdu.

Bu fotoda onlardır: “Yad”a çevrilmiş dünənki qəhrəmanlar!

Ümumrusiya Kommunist (Bolşeviklər) Partiyasının 17-ci qurultayı… Yanvar. 1934-cü il.
Bu qurultay tarixə “güllələnmişlərin qurultayı” kimi düşüb.

Stalin repressiyalarının kuriozları adamı heyrətləndirir. Qurultayda 1956 nümayəndə iştirak edib. İştirakçıların 85 faizi 1937-ci ildə güllələnib və sürgündə məhv olub.

Bunlar partiyanın etimad edərək seçdiyi adamlar idi. Bu binəvalar 1934-cü ildə ik

inci beşillik planı qəbul edərək onu yerinə yetirəcəklərinə and içmişdilər.
Cəmi 3 ildən sonra onları “xüsusi mülkiyyətçi”, “uklonist”, “qolçumaq”, “xain” adı ilə həbs edib öldürdülər.

Bu zavallılar NKVD zirzəmilərində al-qan içində bağırır, ağlayır, Stalindən kömək istəyirdilər.

Onları nömrəsiz məzarda basdırdılar…
Taleyin istehzasını da yazmamaq olmur: 1934-cü ildə bu qurultay SSRİ-də kapitalist elementlərinin birdəfəlik ləğv edilməsini beşillik planla təsdiq etmişdi.
Öz ölümlərinə fitva vermişdilər sanki.