“Fotoxronika”: “Mehriban düşmənlər”in naharı –Hitler niyə Stalini “nəhəng şəxsiyyət” adlandırmışdı?

Yetmiş doqquz il əvvəl baş vermiş bir görüşdə  əgər razılıq əldə edilsəydi dünyanın taleyi bəlkə də başqa olardı.

Foto: Faşist Almaniyasının füreri Adolf Hitler və SSRİ xarici işlər naziri Molotov. 12 noyabr 1940-cı il. İkinci dünya müharibəsinin ikinci ili.. SSRİ xarici işlər naziri Molotovun Faşist Almaniyasına səfəri. Hitlerlə birgə müzakirə…

Bu görüşdə Avropanın taleyi müzakirə olunub. Soyuq noyabr günündə böyük nümayəndə heyəti ilə Berlinə gələn SSRİ xarici işlər naziri Molotov Almaniya ilə bir çox məsələlərdə razılıq əldə edəcəyinə ümidi vardı. Hitler İngiltərəyə qarşı müharibədə SSRİ-ni öz müttəfiqi kimi qazanmaq arzusunda idi.

Tarixə isə bu görüş “karların dialoqu” kimi düşüb.

Görüşdə Hitler dünyanın gələcək geosiyasi xəritəsindən, Molotov isə “ikinci dərəcəli” məsələ sayılan Finlandiya, Türkiyə, Bolqarıstan və Rumınya barədə danışıb.. SSRİ bu ərazilərdə təsir dairəsinə almaq niyyətində idi. Hiter isə diplomatik şəkildə “yox” deyib.

Stalini Hitlerin irəli sürdüyü “Yeni Avropa” tezisi narahat edirdi. Bu “yeni Avropada” SSRİ-nin yerinin harada olacağını bimək, Hitlerin mövqeyi öyrənmək istəyirdi.

Görüşdən sonra Molotov Stalinə yazırdı: “Nəticəsiz bir görüş. Fəxr etməli bir şey yoxdur. Hər halda bir məsələni aydın aldu: Biz Hitlerin hazırkı əhvalı ilə tanış olduq”.

SSRİ xarici işlər naziri heç bir sənəd imzalamadan geri qayıdır. Müharibə bir az da yaxınlaşır.

“Fotoxronika” layihəsində bu görüşdə bəzi stenoqram çıxşıları təqdim edirik:

Hitler: “İngiltərənin suqutundan sonra  Britaniya imperiyası 40 milyon kvadrat-kilometrlik bir nəhəng kütləyə çevriləcək. Parçalanacaq…Onun parçalanması Rusiya üçün Dünya okeanına yol açacaq. Mən bunun üçün SSRİ ilə birgə dünya koalisiyası qurmaq istəyirəm. Əgər bu plan baş tutmasa o zaman böyük tarixi fürsət əldən çıxacaq. Əgər biz sizinlə çiyin -çiyinə dayanıb xarici qüvvələrə mübarizə aparsaq o zaman uğurlarmız daha çox olacaq.

Daha sonra Hitler deyir: “Mən təəssüf edirəm ki, indiyə qədər Stalin kimi nəhəng tarixi şəxsiyyətlə görüşmək imkanım olmayıb”.

Molotov: “Sizin görüşünüzün baş tutacağına ümid edirəm…”

Stenoqaram görüşdə təcüməçi olmuş Ribbentropun nümayəndəsi Paul Şmidt tərəfindən hazırlanıb.

Görünür Britaniyanın baş naziri Uniston Çörçill “mən Hitlerə qarşı şeytanla da ittifaq bağlayaram” sözündə haqlı idi…

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ədliyyə Nazirliyinin istintaq idarəsinə yeni rəis təyin edilib

Sonrakı məqalə

Şəkidə vəkil məhkəmə zalında həbs edildi