“Fotoxronika”: SSRİ-də açılmış ilk “Makdonalds”və sovet adamlarının heyrəti

Azpost.info  oxucularına “Fotoxronika” rubrikasını təqdim edir. Burada sizə ölkəmizin, keçmiş SSRİ-nin və dünyanın ictimai-siyasi tarixində izini qoymuş məşhur hadisələri, onların qəhrəmanları, dövrün məşhur xadimləri əks olunan şəkilləri  təqdim olunacaq.

Moskva. 31 yanvar 1990-cı il.

SSRİ-də ilk “Makdonalds” əlüstü yemək xidmətinin açılış günü…

ABŞ-ın fast-fud brendi olan  “Makdonalds” Qərb üçün adi olsa da sovet adamlarına fantastik təsir bağışlamışdı. Ənənəvi sovet yeməkxanalarından dizaynı və xidməti ilə fərqlənən “Makdonalds” SSRİ-də əsl sensasiya idi. Bura daxil olmaq üçün bir neçə saat növbədə durmaq lazım gəlirdi.

Açılış günü restorana 30 min adam gəlmişdi. Bu “Makdonalds” şirkəti üçün rekord göstərici idi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Jurnalistlərin ikinci binası istismara qəbul olundu –

Sonrakı məqalə

Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı: