“Frans Press”in general Surovikinlə bağlı sualına Peskovun qəribə cavabı

“Frans Press”in jurnalisti Kremlin sözçüsü Dmitri Peskovdan general Sergey Surovikinə qarşı istintaqın aparılıb-aparılmadığını öyrənməyə çalışıb.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, Peskovun bu suala cavabı qəribə olub.

“Xeyr, siz bu sualı verə bilməzsiniz”, – Peskov deyib.

Jurnalist qeyd edib ki, bir gün əvvəl müdafiə naziri Sergey Şoyqu da bu suala cavab verməyib.

Sentyabrın 4-də Soçidə Rusiya-Türkiyə danışıqlarından sonra keçirilən mətbuat konfransından sonra Şoyquya general Surovikinin cinayət təqibi ilə bağlı sual verilib. Nazir müxbirin bu sualına cavab verməkdən imtina edib.

Azpost.info

Əvvəlki məqalə

“Moskva Paşinyanın tezisləri ilə razılaşmır”

Sonrakı məqalə

Kukla Teatrının baş rejissoru işdən azad olunması barədə ərizə yazıb