Fransanın Ermənistandakı səfirliyində hərbi missiya yaradılacaq.
Azpost.info bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması ikitərəfli əməkdaşlığı dərinləşdirməyə imkan verməlidir.
“2021-ci ilin dekabrında biz həm də iqtisadi əməkdaşlıq üçün iddialı yol xəritəsi imzaladıq. Müdafiəyə gəlincə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verməlidir”, – Kolonna bildirib.