“Fransa Putinlə əlaqə kanallarını açıq saxlayır”- MAKRON

“Rusiya prezidenti Vladimir Putinlə təmas üçün kanalları açıq saxlayırıq”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Financial Times”a müsahibəsində bildirib.

Fransa lideri Ukraynadakı əməliyyatı pislədiyini, lakin Vladimir Putin və münaqişənin dayandırılmasında maraqlı olan digər tərəflərlə əlaqə kanallarını saxlamaq əzmində olduğunu vurğulayıb.

Makron həmçinin Kiyevin Moskva ilə danışıqlar masasına qayıtmasına ümid etdiyini bildirib: “Ümid edirəm ki, ukraynalılar ruslarla danışıqlar masasına qayıdacaqlar. Beynəlxalq ictimaiyyət də danışıqlar masası arxasında olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Putin Ermənistana səfərə gedir

Sonrakı məqalə

Sabah Bakıda və bölgələrdə hava necə olacaq?