“Fransa rusiyalı senatorun qızının villaları ilə bağlı araşdırmalara başlayıb”- “Bloomberg”

Paris prokurorluğu Rusiya Federasiya Şurasının üzvü Süleyman Kərimovun qızının Fransada 4 villanı necə əldə etməsini araşdırır.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik yazır ki, villalar məsələsi bir neçə il əvvəl çirkli pulların yuyulması işi zamanı qaldırılıb.

“Hazırda Prokurorluğun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bölməsi 32 yaşlı Gülnarə Kərimovanın Fransada dörd villaya necə sahib olduğunu araşdırır”, – mənbələr agentliyə bildirib.

G.Kərimovanın villaların alınmasına 279 milyon dollar xərclədiyi, pulun böyük hissəsini isə qardaşı Səiddən aldığı iddia edilir.

Rusiyalı milyarder Süleyman Kərimov Avropa İttifaqının sanksiya siyahısına düşmüş iş adamlarındandır. Bu ilin aprelində S.Kərimovun 325 milyon dollarlıq yaxtası Ficidə həbs edilmişdi.

Azpost.info

 

Əvvəlki məqalə

İranda Uels üzərində qələbə münasibətilə 709 məhkum azadlığa buraxılıb

Sonrakı məqalə

“İŞİD və Əl-Qaidənin güclənməsindən narahatıq” –