Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə təəssüf hissi keçirdiyini bildirib.
Bu barədə o, “Twitter” hesabında qeyd edib.
“Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”, – deyə səfir təəssüf etdiyini bildirib.
Zakari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.