Fransa səfiri Füzulidə minaya düşən fermerlə bağlı paylaşım edib

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 2 gün əvvəl Füzuli rayonunda minaya düşərək yaralanan fermer barədə təəssüf hissi keçirdiyini bildirib.

Bu barədə o, “Twitter” hesabında qeyd edib.

“Mayın 28-də 23 yaşlı fermer Xəyal Abdullayevin minaya basdalayaraq yaralanması xəbəri təəssüflə qarşılanıb. Ona tam sağalmağı arzulayıram”, – deyə səfir təəssüf etdiyini bildirib.

Zakari Qros həmçinin qeyd edib ki, Fransa səfirliyi minatəmizləyicilər üçün detektorlar və alət dəstləri almaqla Azərbaycanda minatəmizləmə işlərinə dəstək verir.

Əvvəlki məqalə

Rusiya Ukraynadakı müharibədə xeyli zabitini itirib –

Sonrakı məqalə

“Qohumlarım qanunu pozubsa cavab verməlidirlər” –