Fransa səfirliyini Lvovdan Kiyevə qaytarır

Yaxın vaxtlarda Fransanın Ukraynadakı səfirliyi Lvovdan Kiyevə qayıdacaq.

Azpost.info xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyindən bildiriblər. “Bu yerdəyişmə yaxın vaxtlarda baş verəcək və Fransanın bütün sahələrdə Ukraynaya göstərdiyi dəstəyi daha da dərinləşdirəcək”, – nazirlik bildirib.

Ukrayna və Fransa xarici işlər nazirləri Dmitri Kuleba və Jan-İv Le Drian arasında danışıqlar zamanı ukraynalı diplomat Parisin səfiri Kiyevə qaytarmaq qərarını alqışlayıb. “Fransalı həmkarım Jan-İv Le Drianla danışdım. Avropa İttifaqı səviyyəsində Rusiyaya qarşı neft embarqosunu dəstəklədiyi üçün Fransaya minnətdaram. Bu addım mümkün qədər tez atılmalıdır”, – Kuleba bidirib.

Azpost.info

Əvvəlki məqalə

“Çin Rusiya və Ukrayna arasında seçim etməlidir” –

Sonrakı məqalə

Milli Məclisin iclası başlanıb