“Fransa və Türkiyə taxıl ixracını təmin etmək üçün işləməyə davam edəcək”- MAKRON

“Paris və Ankara taxıl ixracının maneəsiz təminatı istiqamətində işləməyə davam edəcəklər”.

Azpost.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

Makron bu barədə İndoneziyada keçirilən G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra öz “Tviter” səhifəsində məlumat verib.

Fransa lideri onu da bildirib ki, Ukraynadakı münaqişə bütün dünya ölkələrinə təsir edir və aclıq riskinin artmasına səbəb olur.

Azpost.info

Əvvəlki məqalə

Məktəbli qızlar arasında təhsillə bağlı sorğu keçirilib

Sonrakı məqalə

DİN Müsavatın İran səfirliyi qarşısında aksiyası barədə məlumat yayıb