Fransa XİN rəhbəru Buçaya baş çəkib –FOTO

Ukraynada səfərdə olan Fransanın yeni xarici işlər naziri Katrin Kolonna Buçanı ziyarət eidb.

Azpost.info xəbər verir ki, bu barədə Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba məlumat verib. “Bu gün Fransanın xarici işlər naziri Katrin Kolonna Buçaya səfər edib. Buça Rusiya ordusunun bəşəriyyətə qarşı cinayətlərinin simvoludur”, – Kuleba bildirib.

O, xarici tərəfdaşların həmrəyliyinə və hərtərəfli dəstəyinə görə təşəkkür edib. Katrin Kolonna Ukraynada həmkarı Dmitri Kuleba və prezident Vladimir Zelenski ilə görüşəcək. Fransa XİN rəhbəri Rusiyanın işğalı başlayandan bəri Ukraynaya səfər edən ən yüksək rütbəli fransız rəsmidir.

Azpost.info

Əvvəlki məqalə

Məşhur “Mona Liza” əsərinə tort tikəsi atıldı –

Sonrakı məqalə

Ölkədə topdansatış ticarətin dövriyyəsi azalıb