Fransa XİN sözçüsü Türkiyə ilə bağlı suala cavab verməkdən imtina etdi- Müsahibəni dayandırdı

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Lejandr Türkiyənin Stokholmdakı səfirliyində “Quran”ın yandırılması ilə bağlı suala cavab vermək istəməyib.

Azpost.info xəbər verir ki, məlum sualdan sonra o, müsahibənin kəsilməsini istəyib.

Müsahibə bu gün RTVI Youtube səhifəsində yayılıb.

İsveç və Finlandiyanın NATO-ya daxil olmasının perspektivləri ilə bağlı sualı cavablandıran Lejandr bildirib ki, Paris bu prosedurun mümkün qədər tez və uğurla başa çatdırılmasını istəyir.

“Bu, Türkiyə də daxil olmaqla, bütün NATO tərəfdaşlarımıza göndərdiyimiz siqnaldır”, – XİN rəsmisi bildirib.

Bu kontekstdə ondan İsveçdə “Quran”ın yandırılması ilə bağlı vəziyyəti və Türkiyənin reaksiyasını şərh etməsi istənildikdə, Lejandr cavab verməkdən imtina edib. “Hesab edirəm ki, bu, söhbətimizin mövzusu ilə bağlı deyil. Bəlkə burada bitirək? Artıq iyirmi dəqiqədən çox danışırıq”, – o deyib.

Azpost.info

Əvvəlki məqalə

Rusiyalı eko-fəallar Laçın yolunda etiraz aksiyasını dəstəkləyib

Sonrakı məqalə

Beynəlxalq səyyahlar Şuşa şəhəri ilə tanış olublar