Fransada mayın 16-dan ictimai nəqliyyatda maska rejimi ləğv edilir.
Müvafiq qərar Fransa hökumətinin rəsmi portalında dərc olunub.
Bazar ertəsindən etibarən bütün növ ictimai nəqliyyatda (taksi, avtobus, tramvay, metro, təyyarə)maskadan istifadə könüllü xarakter daşıyacaq. Lakin tibb müəssisələrində maskadan istifadə tələbi qüvvədə qalır.