Elizabet Born Fransanın yeni baş naziri olacaq.
Azpost.info xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Qeyd edək ki, Fransanın keçmiş baş naziri Jan Kasteks bu gün prezident Emmanuel Makrona istefasa ərizəsini təqdim edib. Prezident onun ərizəsini qəbul edib. Yaxın saatlarda Yelisey sarayında yeni baş nazirin təyinatı rəsmən elan olunacaq. Elizabet Born buna qədər Fransada əmək naziri postunu tuturdu. O, ölkə tarixində baş nazir vəzifəsini icra edən ikinci qadın olacaq.
Azpost.info