Fransanın Nigerdəki səfiri “sözün həqiqi mənasında girov götürülüb”.
“Figaro” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
“Səfirliyə ərzaq çatdırılmasına maneə törədilir. Səfir hərbi norma ilə qidalanır” – dövlət başçısı bildirib.
Qeyd edək ki, Nigerdə dövlət çevrilişindən sonra hərbçilərFransa səfirinin ölkədən çıxmasını tələb etsələr də, o, səfirlik ərazisini tərk etməyib. (APA)