Fransanın sabiq Prezidenti Nikola Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib.
CNN-nin verdiyi xəbərə görə, Paris məhkəməsi sabiq prezidenti 2012-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirməkdə təqsirli bilib.
N. Sarkozi müasir tarixdə Fransanın iki dəfə həbs edilən ilk dövlət başçısı olub.
Məhkəmənin qərarına görə N. Sarkozi həbs müddətini elektron qolbaq taxacaq.
Sabiq prezidentlə yanaşı 13 nəfər də iş üzrə təqsirli bilinib.
Qeyd edək ki, Fransanın yerli qanunvericiliyinə görə seçki kampaniyasına xərclənəcək maksimum məbləğ 24 milyon ABŞ dolları müəyyən edilib, lakin N. Sarkozinin bu istiqamətdə saxta fakturalarla 54 milyon dollardan çox vəsait xərclədiyi müəyyən edilib.
Xatırladaq ki, bu, N. Sarkozinin barəsində ikinci cinayət işidir. Bu ilin martında məhkəmə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilərək ona 3 il həbs cəzası verib, daha sonra həbs cəzasından 2 il silinib. 66 yaşlı sabiq dövlət başçısı hökmdən apellyasiya şikayəti verib.