FTX “Rosqvardiya”nın rəis müavini general Qavrilovu saxlayıb

FTX-nin hərbi əks-kəşfiyyat idarəsi Rusiya Qvardiyasının rəis müavini, general Roman Qavrilovu saxlayıb. Bu barədə “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozev öz “Twitter” hesabında üç müstəqil mənbənin sözlərinə istinadən yazır.

“Üç müstəqil mənbə bildirir ki, Rusiya Milli Qvardiyasının (Ukraynada külli miqdarda itkilər vermiş daxili qoşun bölməsi) rəis müavini general Roman Qavrilov FTX tərəfindən saxlanılıb. Qavrilov əvvəllər Putinin təhlükəsizlik xidmətində çalışıb”, – məlumatda deyilir.

Mənbələrdən birinə görə, Qavrilov “insanların ölümünə səbəb olan hərbi məlumatları sızdırdığı üçün” saxlanılıb. Digər iki mənbə iddia edir ki, saxlanma səbəbi “yanacaq israfçılığı”dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Çin üçün “qorxulu yuxu”ya çevrilən Moskva –

Sonrakı məqalə

Bolqarıstanın sabiq Baş naziri saxlanılıb