Ruslar pullarını ölkədən çıxarır, şirkətlər isə ofşorda saxlayır –Pentaqonun məxfi rəylərində nələr qeyd olunub?

Federal Təhlükəsizlik Xidməti Rusiyanın bank sistemində xarici valyuta çatışmazlığı təhlükəsini görür.

Azpost.info xəbər verir ki, “The Washington Post” bunu Pentaqonun internetə sızan məxfi materiallarına istinadən yazıb.

Nəşr yazır ki, bunu FTX-nin ələ keçirilmiş məlumatları sübut edir: “FTX sənədinə görə, kəşfiyyatçıları banklarda kifayət qədər valyutanın olmaması, eləcə də Çinlə ticarət perspektivləri narahat edir. ABŞ Rusiyada iş görən Çin şirkətlərinə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər və bu, FTX-ni bu cür sövdələşmələri gizli saxlamağa vadar edir”.

Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiya bankları statistikanın tarixdə heç vaxt görmədiyi miqyasda müştərilərin valyutasının xaricə axınını yaşayır.

Rusiya vətəndaşları ötən il öz hesablarından təxminən 40 milyard dollar çıxarıblar. Korporasiyalar isə öz əmtəə gəlirlərini ofşor hesablarda saxlamağa üstünlük veriblər. Beynəlxalq Maliyyə İnstitutunun hesablamalarına görə, demək olar ki, 100 milyard dollar təkcə Aİ banklarına yerləşdirilib.

Nəticədə valyuta bazarında vaxtaşırı dollar, avro və yuan qıtlığı yaranır.

Mərkəzi Bankın özü əmin edir ki, valyuta likvidliyi ilə bağlı heç bir problem yoxdur: mart ayına bankların 55 milyard dollar likvid aktivləri olub ki, bu da müştəri vəsaitlərinin 46 faizini əhatə edib. Lakin reallıqda bank sisteminin valyuta balansı həqiqətən də “daimi deqradasiya” vəziyyətindədir. Banklardan xarici valyutanın sürətlə cəlb edilməsi üçün alətlər son dərəcə məhduddur.

Azpost.info

Əvvəlki məqalə

“Formula 1″ə baxmağa gələn xorvat gözəli İçərişəhərdə ət qutabı yedi –

Sonrakı məqalə

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun əmlakı özünə qaytarılıb