Gəncədə özünü hərbçi kimi təqdim edərək xüsusi karantin rejimini pozan şəxs saxlanılıb

- VİDEO
20 Aprel 2020 - 13:08

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən hərbi geyimli bir nəfər şəxsin qeyri-adekvat hərəkətlərinə görə hərbçi olması şübhə doğurduğundan saxlanılaraq ərazi üzrə polis bölməsinə gətirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini 23 yaşlı Muradov Kirill Elman oğlu xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər  ərazisində sərbəst şəkildə hərəkət etmək üçün hərbi forma geyinib.

Faktla bağlı araşdırmalar davam etdirilir.