G20 liderlərinin sammiti başlayıb

Hindistanın paytaxtı Nyu-Dehlidə “Böyük İyirmiliy”in (G20) “Bir dünya, bir ailə, bir gələcək” adlı sammiti başlayıb.

Hindistan baş naziri Narendra Modi qonaqları qarşılayıb.

Məlumata görə, G20 sammiti 2 gün davam edəcək.

Qeyd edək ki, G20 1999-cu ildə dünya iqtisadi böhranları ilə əlaqədar yaradılıb. Məqsəd Asiya ölkələrinin maliyyə böhranını həll etmək idi.

Təşkilata Argentina, Avstraliya, Braziliya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Böyük Britaniya, Meksika, ABŞ, Rusiya, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika Respublikası (CAR), Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Əvvəlki məqalə

Motosiklet sürən 17 yaşlı oğlan ölüb

Sonrakı məqalə

Afrika İttifaqı G20-nin daimi üzvü oldu